Asiya borc böhranı yenidən yaşana bilər - XƏBƏRDARLIQ | Banco.az

Asiya borc böhranı yenidən yaşana bilər - XƏBƏRDARLIQ

Beynəlxalq məsləhət şirkəti "McKinsey", Asiya borc böhranının yenidən yaşana biləcəyinə dair xəbərdarlıq edib

Asiya borc böhranının üzərindən iyirmi ildən çox müddət keçməsinin ardından qlobal məsləhət şirkəti "McKinsey & Co." borc böhranının yenidən yaşana biləcəyinə dair siqnalların olduğu barədə xəbərdarlıq edir.

Borcluluğun artması, geri ödəmələrdə çətinlik, bankların zəifləməsi və kölgə bankçılığı "McKinsey"in Avqust hesabatında toxunduğu narahatlıqlardan bəziləridir. 

Asiya Pasifik bölgəsində 23 mindən çox şirkətin balansını araşdıran "McKinsey", Asiyanın böyük hissəsinin borc öhdəliklərini yerinə yetirməksə "əhəmiyyətli dərəcədə çətinlik çəkdiyi" nəticəsinə gəlib. Məsləhət şirkətinə görə, Çin və Hindistan kimi ölkələrdə borc təzyiqləri 2007-ci ildən bəri artarkən, eyni dövrdə ABŞ ilə İngiltərədə kəskin bir şəkildə azalır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin araşdırmasına görə, şirkətlər qazanclarının böyük qisimini borc ödəmək üçün istifadə edirlər.

"McKinsey"ə görə, borc ödəmələrində iflas, likvidlik çatışmazlığı və valyuta məzənnələrindəki böyük dalğalanmalar izlənməlidir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et