ASA-da səfər sığortası ilə bağlı görüş keçirilib | Banco.az

ASA-da səfər sığortası ilə bağlı görüş keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Səfər sığortası üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini, Birliyin nümayəndələri ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) nümayəndəsi və səfər sığortasının satışını həyata keçirən sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Görüşdə səfər sığortasının həm daxili, həm xarici turizmdə aktiv istifadəsinin təmin edilməsi üzrə müzakirələr aparılıb. Görüş zamanı beynəlxalq təcrübədə ölkəyə daxil olan turistlər üçün səfər sığortasının məcburi qaydada tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyətinin müəyyən edilməsi üçün məsuliyyət sığortasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Görüş zamanı AZTA tərəfindən turizm sektorunda səfər sığortasının tətbiqi üçün mövcud problemli məqamlar və bununla bağlı həll metodları səsləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Görüşün yekunu olaraq sığortaçılar səfər sığortasının ölkəyə daxil olan turistlərə münasibətdə məcburi qaydada tətbiqi ilə bağlı “Turizm haqqında” Qanuna dəyişiklik təklifi və təklifin hazırlanmasından sonra müvafiq qurumlara müraciət edilməsi qərara alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et