Artıq bankların aidiyyəti şəxslərə verilmiş kreditləri nəzərə alınmayacaq - DƏYİŞİKLİK | Banco.az

Artıq bankların aidiyyəti şəxslərə verilmiş kreditləri nəzərə alınmayacaq - DƏYİŞİKLİK

"Əvvəlki qaydalarda kapital adekvatlığı əmsalı hesablanarkən kapitaldan aidiyyəti şəxslərə verilmiş kreditlər investisiyalar kimi kapitaldan çıxılırdı".

Bunu “Banklar və Biznes” Qəzetinə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov deyib. O, bildirib ki, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) bankların bununla əlaqədar fikirlərini müzakirə edib və razılaşıb ki, artıq aidiyyəti şəxslərə verilmiş kreditlər birbaşa kapitaldan çıxılmasın.

Ən sərfəli kredit üçün müraciət et

"Biz beynəlxalq təcrübəni də öyrənmişik. Bazelin bununla bağlı sadəcə tövsiyyələri var. Heç bir ölkə aidiyyəti şəxslərə verilmiş kreditləri birbaşa investisiya formasında kapitaldan çıxılmasını tətbiq etmir. Sadəcə vaxtilə Bazelin bununla əlaqədar tövsiyyələri olub. Palata da razılığa gəldi və bu çıxılmaları qaydalardan çıxardı. Kapital adekvatlığı əmsalı müəyyən olunarkən aidiyyəti şəxslərə verilmiş kreditlərin kapitaldan çıxılmaması artıq beynəlxalq aləmdə qəbul olunmuş qaydada həyata keçirilir".

Finans.az

Ən sərfəli krediti almaq üçün müraciət et