ARDNF "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə gəlirlərini açıqlayıb | Banco.az

ARDNF "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə gəlirlərini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 143 milyard 366 milyon ABŞ dolları gəlir əldə edib. Fondun açıqlamasında bildirilib ki, cari ilin yanvar-iyul aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 160 milyon dollar vəsait daxil olub.
O cümlədən bu ilin yeddi ayında Neft Fondunun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 209 milyon dollar təşkil edib. 2007-ci ildən bu vaxtadək isə bu rəqəm 2 milyard 703 milyon dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç