Aqşin Əmirovu daha yaxından tanıyaq | Banco.az

Aqşin Əmirovu daha yaxından tanıyaq

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini 

Aqşin Zəkaray oğlu Əmirov 1978-ci il təvəllüdlüdür. 

2016-cı ildən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
2004-2015-ci illərdə “Bank Respublika” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışmış, 2015-2016-cı illərdə Bankın İdarə Heyəti sədrinin müavini olmuşdur. Azərbaycan bank risklərinin idarə olunması sahəsində sayılıb seçilən şəxslərdən biridir. 

Karyera

  • 2016-cı il dekabr - İdarə Heyəti sədrinin müavini (ABB)
  • 2017-ci ilin martından - ABB-nin Moskva törəməsinin müşahidə şurasıın üzvü
  • 2009 yanvar - 2017 Mart, Audit Komitəsinin sədri, Bakı Sığorta
  • 2015 dekabr -  2016 dekabr, İdarə Heyəti sədrinin müavini, Bank Respublika
  • 2006 avqust - 2016 dekabr, İdarə Heyətinin üzvü, Bank Respublika
  • 2006 avqust - 2006 sentyabr, Risklərin idrə edilməsi üzrə intern, Sparkasse-Finanzgruppe
  • 2004 - 2006, Risklərin idarə edilməsi direktoru, Bank Respublika

Təhsil

Ən sərfəli kredit üçün müraciət et

  • 2013-2014, MBA (Master of Business Administration) "London Business School" 
  • 1999- 2001, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi, magistr
  • 1995-1999, Azərbaycan Dövlət İqtisad Universiteti, Makro iqtisadiyyat, bakalvr

Risklərrin idarə edilməsi ilə bağlı

Müsahibələrdən birində Aqşin Əmirov, bank rikslərinin idarə olunması ilə bağlı fikirlərini bölüşür: 

Mən hər zaman risk menecerlərlə danışarkən bir məsələni xüsusi vurğulayıram. Risk menecerlər yaradıcı insanlar olmalıdırlar. Onlar hər zaman risk menecmentə müxtəlif riyazi hesablamalar toplusu kimi yox, daha çox yaradıcı bir iş kimi baxmalıdırlar. Onlar mürəkkəb hesablamaları, öz analitik beynlərində emal edib, strateji nəticələr çıxarmalıdırlar. Risk menecerlər bankın məhsulyaratma və satış prosessində aktiv iştirak etməlidirlər. Onlar prosesslərin qarşısını kəsməməli, əksinə onu idarə etməklə riskləri azaltmalıdırlar. Məhz buna görə mən risk menecerlərə daha çox strateji risklərə diqqət yetirməyi, hər bir riskin (istər kredit, istər imic, istərsə əməliyyat riskləri) strateji əhəmiyyətini, bankın strateji hədəflərinə çatması baxımından qiymətləndirilməsini tövsiyyə edərdim.

Könül Soltanova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et