“Aqrolizinq”də nöqsanlar tapılıb | Banco.az

“Aqrolizinq”də nöqsanlar tapılıb

İki - MMC və ASC-dəki auditin nəticələri ilə bağlı materiallar Baş Prokurorluğuna göndərilib.

“Aqrolizinq”də yenidən nöqsanlar tapıldı. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının fəaliyyəti yoxlanılıb. Yoxlamalar zamanı bir sıra nöqsan və çatışmamazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.

Bundan başqa, Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Audit yoxlaması zamanı həmin şirkətin də fəaliyyətində bir sıra nöqsanlar aşkarlanıb. Müəyyənləşib ki, hesablamalar zamanı bəzi yeyinti hallarına yol verilib.

Auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlamalar davam edir.

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et