"Apple"dan "Netflix"ə rəqib ola biləcək yeni xidmət | Banco.az

"Apple"dan "Netflix"ə rəqib ola biləcək yeni xidmət

"Apple"ın "Netflix"ə rəqib ola biləcək yeni TV və video abunəlik xidmətini təqdim edəcəyi gözlənilir. Bu, şirkətin 25 Martda keçirəcəyi tədbirə rəsmi dəvətilə ortaya çıxıb. 

"Apple"ın "Şou zamanı" sözlərilə etdiyi dəvətə görə, 25 Martdakı tədbir, şirkətin baş ofisinin yerləşdiyi Cupertino-dakı "Steve Jobs Theater"də keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbirdə, "Apple"ın yeni TV və əyləncə xidmətini təqdim edəcəyi gözlənilir.

UZUN İLLƏR SONRA BİR İLK

"Apple"ın bu yeni xidməti, şirkətin sonuncu dəfə 2015-ci ildə təqdim etdiyi "Apple Music"dən sonrakı ilk rəqəmsal xidməti olacaq.

"Apple"ın daha əvvəl "Şou zamanı" (It's show time) şüarını, 2006-cı ildə "Apple TV"nin təqdimatı zamanı da istifadə etmişdi. 

Ən sərfəli kredit üçün müraciət et

Serial və film platforması "Netflix"ə rəqib olması gözlənilən yeni məzmun xidmətilə əlaqədar olaraq təşkil ediləcək tədbirə, "Apple" tərəfindən keçən ay "Hollywood"un ulduzlarına xüsusi dəvətnamlər göndərilməyə başlanmışdı.

Bu ana qədər sızan xəbərlərə görə, təqdim edilməsi gözlənilən, "Netflix" və  "Amazon"un "Prime Video"sunun bənzər xüsusiyyətlərə malik olacaq yeni xidmətdə, "Apple" tərəfindən satın alınan və ya maliyyələşdirilən TV şouları və filmlər yayımlanacaq.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et