Apple və Samsung şirkətləri təkbətək görüş keçirəcəklər. | Banco.az

Apple və Samsung şirkətləri təkbətək görüş keçirəcəklər.

Apple və Samsung şirkətlərinin direktorları patent mübahisəsinin məhkəmədən kənar həllini müzakirə etmək məqsədi ilə təkbətək görüş keçirəcəklər. Rəhbərlər bir neçə dəfə məsələni danışıqlar yolu ilə həll etməyə çalışıblar, lakin barışıq əldə olunmayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple və Samsung şirkətləri 2011-ci ildən patent mübahisəsi ilə əlaqədar mübarizə aparırlar. Hər bir şirkət öz əqli mülkiyyət hüquqlarının pozulmasında rəqibinin günahkar olduğunu sübut etməyə çalışır. Hələ ki Apple şirkəti uğur qazanıb, o, məhkəmə vasitəsilə rəqibindən ümumilikdə 930 milyon dollar alıb. Apple şirkəti hüquq şirkətinə təxminən 60 milyon dollar ödəyib.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti məhkəmə iclası 2014-cü ilin martında baş tutacaq: Apple şirkəti iddiaçı, Samsung isə cavabdeh olacaq. Fevralın 19-u tarixinədək baş direktorlar Tim Kuk və Kvon Hyun vəkillərin köməyi ilə yüksək səviyyədə münaqişənin həlli imkanını və lisenziya sazişinin nəticələrini müzakirə edəcəklər.

milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et