“Apple” şirkəti necə yarandı? | Banco.az

“Apple” şirkəti necə yarandı?

1976-1980: Yaranma və şirkətləşmə

“Apple” 1976-cı il aprelin 1-də Stiv Cobs (Steve Jobs) Steve Wozniak və Ronald Wayne tərəfindən “Apple” I Kompüter dəstini satmaq məqsədilə qurulub. Wozniak dəstləri özü istehsal edib və ilk dəfə “Homebrew” Kompüter Klubda nümayiş edilib. “Apple” I günümüzdə fərdi kompüter olaraq cihazlardan daha bəsit şəkildə anakart (ram, bəsit mətn əsaslı ekran çipi ilə birlikdə) olaraq satılıb.

Wayne, hissələrini Stiv və Vozniaka 800 dollara satıb. “Apple” 1977-ci il yanvarın 3-də şirkət statusu alıb. “Apple” II 1977-ci il aprelin 16-da “WEST Coast Computer” yarmarkasında tanıdılıb. 1880-ci illərdə “Apple” İBM və “Microsoft” ilə rəqabət aparırdı. Nəticədə, bazara “Apple” III çıxarılır. Stiv Cobs 1978-ci ildə “Apple”in “Lisa” layihəsi üzərində çalışmağa başlayıb, lakin komanda ilə arasında anlaşılmazlıq yaşanır. Stiv Cobs bu hadisədən sonra 1982-ci ildə Jef Raskinin aşağı büdcəli layihəsi olan “Macintosh” üzərində işləyir.

Bununla da “Macintosh” ilə “Lisa” layihələrinin komandaları arasında hansının ilk bazara çıxacağı barəsində rəqabət yaranır.

“Lisa” komandası isə bu mübarizədən qalib çıxır. Lakin qiymətinin yüksək və proqramlarının az olması səbəbindən uğurlu olmur. “Apple” 1984-cü ildə “Macintoshu”u bazara çıxarıb və 1,5 milyon büdcəsi olan məşhur “1984” televiziya reklamı ilə tanıtımı olub.

Bu hadisə günümüzdə “Apple”in uğurunun açarı kimi qiymətləndirilir. “Macintoshun”un satışı ilk başlarda yaxşı olmayıb.

Qiymətinin yüksək olması və az saydakı proqramları üçün sonrakı satışları “Lisa”nın aqibətini yaşayır.

1983-cü ildə isə “Apple”in CEO-su olan Jhon Sculley ilə Stiv Cobs arasında iqtidar mübarizəsi başlayır və Cobs onun vəzifəsini əlindən almaq istəyir. Lakin Sculley Cobsun bunun həmləsini başa düşür və dərhal İdarə Heyətindən dəstək alır. Cobs isə “Apple”dan ayrılandan sonra “Next İnc.”i qurur.

“Apple” 1989-cu ildə “Powerbook”un tanıtımını edib və bunun arxasınca bir neçə məhsul istehsal edərək öz gəlirini artırır və bir müddət uğurlu işlər görür. Daha sonra “Apple” rəqəmsal kamera, gəzdiriləbilən musiqi çalar, dinamiklər, oyun konsolu və televiziya aksesuarları kimi istehlaka meyilli məhsullar üzərində uğursuzluqlar yaşayıb. “Windows” isə aşağı qiymətli proqramlar istehsal edərək bazardakı payını artırır. “Apple” isə öz marjasına güvənərək buna qarşılıq vermir.

Ən sərfəli kredit üçün müraciət et

“Apple” getdikcə etibarını itirir və şirkətin rəhbərliyinə Sculleyin əvəzinə Michale Spindler gətirilir. 1994-cü ildə “Apple” şirkəti İBM və “Motorola” ilə birgə ittifaq qurur. Məqsəd isə İBM və “Motorola”nın təchizatından istifadə edərəkək yeni bir kompüter yaratmaq idi. Bununla da “Microsoft”u yox etməyi planlaşdırıdı. Beləliklə “Power Macintosh” tanıdıldı. 1996-cı ildə CEO vəzifəsi Splinderdən Gil Amelioya keçdi. Amelio isə vəzifəyə gəldikdən sonra, genişmiqyaslı işdən çıxarmalar həyata keçirir. Şirkət ard-arda uğursuzluqlar yaşayır və “Amelionu” işdən çıxarır. Şirkətə dönən Stiv Cobs keçici olaraq CEO vəzifəsinə gətirilir. Şirkətin məhsul qrupunu yenidən bölməyə başlayır.

Stiv Cobsun təşəbbüssü ilə “Microsoft Office” “Apple”in tərəfsiz səhmlərinə 150 milyon dollar investisiya edir. 1997-ci ildə “Apple” onlayn marketi tanıdır. 1986-1997-ci illərdə “Apple” tənəzzül dövrünü yaşayır. 1998-2005-ci illərdə öz inkişaf dinamikasına geri dönür. 1998-ci ildə isə bazara İMAC kompüter çıxarılır. İMAC cəmi 5 ay içərisində təxminən 800.000 ədəd satılır.

2003-cü ildə İPOD ilə uyumlu və 0,99 dollara mahnı yükləməyə imkan verən “iTunes Store” bazara çıxarılır. 2008-ci ildə artıq 5 milyard mahnı yüklənmişdi.

2007-ci ildən artıq “Apple” mobil telefonlar istehsal etməyə başlayır. İlk “iPhone” və ilk “Apple TV”-nin fraqmanı edilir. Növbəti günlərdə isə “Apple”in səhmlərinin qiyməti 100 dolları aşır.

Artıq 2008-ci ildə “Apple” dünyanın 3-cü ən böyük mobil cihaz istehsal edən şirkəti olub.

2010-ci ildə “Apple” geniş ekranlı planşet olan İPAD-i tanıtdı. Satışa təqdim edildiyi gün 300.000, təqdim edildiyi həftə isə 500.000 ədəd satıldı. Eyni ilin mayında 1989-cu ildən bəri ilk dəfə rəqibi “Microsoft”un bazar payını keçdi.

2010-cu ildə səhm sənədləri 300 dolları keçdi və bununla da bugünə qədərki ən yüksək dəyərinə sahib oldu.

Hazırda “Apple” şirkətinin dəyəri 700 milyard dollları aşaraq, dünyanın bir çox ölkəsinin büdcəsini geridə qoyub.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et