Apple, Facebook və Google şirkətlərinin sertifikatlarını ləğv etdi | Banco.az

Apple, Facebook və Google şirkətlərinin sertifikatlarını ləğv etdi

31 yanvar tarixində axşam saatlarında Apple, Google şirkətinin Enterprise Developer Program sertifikatını ləğv edib. Enterprise Developer Program sertifikatı,  iOS platforması üçün nəzərdə tutulan tətbiqləri App Store –a yükləmədən sınaqdan keçirməyə imkan verirdi. Hadisədən bir neçə saat sonra Apple, Google sertifikatını yenidən bərpa edib.

Google şirkəti sözü gedən sertifikat olmadan iPhone cihazlarını dəstəkləyəcək: Google Maps, Gmail и Hangout tətbiqlərinin beta-versiyalarının işini sınaqdan keçirə bilmir. Bundan əlavə iOS platforması üzərindən şirkət əməkdaşları üçün nəzərdə tutulan tətbiqlərin fəalliyyəti belə dəstəklənmirdi (məsələn: xidməti avtobusların cədvəli).

Sertifikatdan məhrum edilmənin əsas səbəbi olaraq Apple şirkətinin haqlarının pozulması göstərilirGoogle, sertifikatı Screenwise Meter tətbiqinin istifadəçiləri arasında App Store şəbəkəsindən istifadə etmədən paylaşdığı üçün cəzalanıb. Tətbiqdən istifadə edərək Google, istifadəçilərin icazəsi ilə onların aktivliyini müşahidə edə bilirdi. TechCrunch agentliyi məsələyə münasibət bildirdikdən sonra Google, tətbiqi silərək Apple şirkətindən üzr istəyib.

Ən sərfəli kredit üçün müraciət et

Eyni tipli qayda pozuntusuna görə 31 yanvar tarixində Apple, təchizatçı Facebook şirkətini də, sertifikatdan məhrum edib. Facebook, tətbiqi App Store-dan istifadə etmədən beta-sınaq platformaları vasitəsi ilə paylaşıb. Qeyd edilir ki, daha sonra Facebook şirkətinin də sertifikatı bərpa edilmişdir.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et