"Apple Card" ABŞ-dakı istifadəçilərə təqdim edildi | Banco.az

"Apple Card" ABŞ-dakı istifadəçilərə təqdim edildi

ABŞ-ın texnologiya şirkəti "Apple" ötən həftələrdə bəzi müştərilərinə təqdim etdiyi yeni kredit kartı "Apple Card"-ı Çərşənbə axşamı günü ABŞ-dakı bütün "Apple" istifadəçilərinin xidmətinə təqdim edib.

"Apple"-dən verilən açıqlamada qeyd edilib ki, kart ABŞ-ın "Goldman Sachs" bankı ilə ortaq hazırlanıb. Kart üçün "iPhone"larındakı "Wallet" proqramı ilə müraciət etmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

"Sadəlik, şəffaflıq və fərdi gizlilik təməlində yaradılan "Apple Card"ın hər hansı bir əməliyyat haqqı yoxdur, istifadəçiləri daha az faiz ödəməyə təşviq edir, xərclərin asan başa düşülməsinə imkan verir və yeni bir səviyyədə fərdi gizlilik və təhlükəsizlik imkanı təqdim edir",- açıqlamada deyilir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et