"Apple" 200 işçini ixtisar edəcək | Banco.az

"Apple" 200 işçini ixtisar edəcək

Texnologiya nəhəngi Apple 200 işçisini işdən çıxardacağını bildirib.

Şirkət ötən günlərdə 3 milyard dollar qarşılığında tərkibinə qatdığı qulaqlıq markası Beats-in 700 işçisindən yalnız 500-ü ilə yola davam ediləcəyini açıqlayıb. Apple şirkətinin 9to5Mac internet saytında nümayiş olunan mətbuat şərhində "Beats qrupunun Apple-a qatılmasından məmnunuq" ifadəsi işlədilsə də, şirkət 200 Beats işçisiylə yollarını ayıracaq. Məlumat üçün qeyd edək ki, şərikləri arasında Amerikalı hip hop müğənnisi Dr. Drenin də olduğu Beats bu ilin may ayında Apple tərəfindən satın alınmışdı. Amerikalı müğənni Dr. Dre Apple daxilində işinə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: movqe.az

Ən sərfəli krediti almaq üçün müraciət et