Apple 20-dən çox şirkəti satın aldı | Banco.az

Apple 20-dən çox şirkəti satın aldı

Apple CEO-su Tim Cook CNBC-ə verdiyi açıqlamada Apple-ın son 6 ayda 20-dən çox şirkəti satın aldığını açıqladı. Bu da Apple-ın hər 2-3 həftədə bir satınalma reallaşdırdığını ortaya qoyur. Ancaq qeyd etmək lazımdır ki, bu satınalmaların bir çoxu gizlidir və onlardan yalnız 6-ı məlumdur. Həmin şirkətlər bunlardır:

Laserlike: Applenin mart ayında satın aldığı, xəbərləri təqib etməyi asanlaşdıran süni zəka şirkəti.

Stamplay: Yenə mart ayında satın alınan API inkişaf cəhdi.

PullString: Fevral ayının sonunda satın alınan, San Francisco mərkəzli səsli süni zəka inkişaf etdirən oyuncaq şirkəti.

DataTiger: Bloomberg-ın fevral ayında alındığını bildirdiyi İngiltərə mərkəzli dijital marketinq təşəbbüsü.

Ən sərfəli kredit üçün müraciət et

Platoon: 2016-ci ildə Apple-da 15 ildən çox müddətdir ki çalışan Denzyl Feigelson tərəfindən həyata keçirilən musiqi paylama şirkəti.

Silk Labs: Kamera kimi istehlakçı təchizatlarına uyğun olan, yüngül bir proqram üzərinə fokuslanan təşəbbüs şirkəti. Noyabr ayında Apple tərəfindən satın alındı.

Apple-ın keçmişdəki böyük satın almalarına 2017-ci ildə reallaşan 400 milyon dollarlıq Shazam satın alması və 2014-cü ildəki 3 milyard dollarlıq Beats-ın satın alınması misal göstərmək olar.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et