Analitiklər: Kriptovalyutalara sərmayələr təhlükəlidir | Banco.az

Analitiklər: Kriptovalyutalara sərmayələr təhlükəlidir

Hazırkı vəziyyətdə kriptovalyutalara investisiyanın yatırılması təhlükəlidir. Belə bir nəticəyə "RİA Novosti" agentliyinin analitiklər arasında apardığı sorğunun nəticələri əsasında gəlinib. Analitiklər buna səbəb kimi kriptovalyuta bazarında "köpük" əmələ gəldiyini və perspektivdə bazarın sərt qaydalarla tənzimlənəcəyini göstəriblər.

"Bitkoin və digər kriptovalyutalara investisiyadan çəkinməyi tövsiyə edirik. Belə ki, hazırda KİV-də onlara maraq artırılır. Sektorda spekulyativ şərait yaranıb və "itirilən fürsət sindromu" halı hökm sürür. Kriptovalyutaların qiymətinin bu qədər sürətlə artmasının fundamental əsasları olmadığını düşünürük", - deyə İsveçrənin "Julius Baer" bankının strateji araşdırmalar və gələcək dövrün problemləri üzrə analitiki Alberto Peruççini (Alberto Perucchini) bildirib.

Ən sərfəli kredit üçün müraciət et

A.Peruççini kriptovalyutaların, demək olar ki, real iqtisadiyyatla əlaqələrinin olmadığını, 500 iri pərakəndə satış mağazaları şəbəkəsindən yalnız 3-nün bitkoini ödəniş vasitəsi kimi qəbul etdiyini, ötən il isə belə mağazaların 5 vahid olduğunu xatırladıb.

Rusiyanın "Prime Capital" investisiya şirkəti Direktorlar Şurasının sədri Roman Lıkov isə hazırda 150 mlrd. ABŞ dolları dəyərində olan kriptovalyuta bazarının kapitallaşmasının 500 mlrd. dollara qədər yüksələcəyini və yalnız bundan sonra "köpük"dən söz etmənin mümkünlüyünü düşünür.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et