Analitiklər: "ABŞ, dolları zəiflətmək üçün müdaxilə edə bilər" | Banco.az

Analitiklər: "ABŞ, dolları zəiflətmək üçün müdaxilə edə bilər"

ABŞ Prezidenti Donald Tramp dolları zəiflətmək lazım olduğunu tez-tez dilə gətirir. "Wall Street" analitiklərinə görə,  ABŞ rəhbərliyi Dollara birbaşa müdaxiləni qiymətləndirir.

"Wall Street"də getdikcə artan sayda valyuta analitiki, ABŞ Prezidenti Donald Trampın "zəif dollar" istəyinin sözlərdən uzağa gedəcəyi riskindən bəhs edir.

ING-dən "İmperial Bank of Commerce"ə qədər analitiklər,  hökumətin dolları zəiflətmək üçün müdaxilə edə biləcəyi ehtimalı barədə düşünür.

Ən sərfəli kredit üçün müraciət et

Trampın həm Fed, həm də digər ölkələrin valyuta siyasətlərinə qarşı iradlarının dozasını tədricən artırması analitik narahatlıqlarına təkan verib.

ABŞ Prezidenti keçən həftə "Twitter" mesajında, həm Avropa, həm də Çinin məzənnəni manipulyasiya etdiyini qeyd edərək, ABŞ-ın buna cavab verməsi lazım olduğunu bildirmişdi.

ABŞ, valyuta bazarlarına digər ölkələrlə birlikdə sonuncu dəfə 2011-ci ildə Yaponiyadakı zəlzələdən sonra  yen bahalaşanda müdaxilə etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et