“Amrahbank”ın sədri vəzifəsindən kənarlaşdırılıb | Banco.az

“Amrahbank”ın sədri vəzifəsindən kənarlaşdırılıb

“Amrahbank” ASC-nin İdarə Heyətinin (İH) sədri Emil Həsənov vəzifəsindən kənarlaşdırılıb.

Onu hazırda İH-nin üzvü Leyla Məmmədbəyli əvəz edir.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın DŞ-nın üzvü və 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et