Amrahbank-ın kapitalı əriyir - zərərdən yaxa qurtara bilmir | Banco.az

Amrahbank-ın kapitalı əriyir - zərərdən yaxa qurtara bilmir

"Amrahbank" 31 mart 2017-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Sözügedən dövrdə bankın cəmi kapitalı 198,326 mln. manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% azdır. Bankın aktivlərinin tərkibində kredit portfeli də 1 il ərzində 22 mln. manat azalaraq 89,550 mln. manata düşüb.

2018-ci ilin ilk rübündə bankın cəmi öhdəlikləri 161,216 mln. manat təşkil edib. Müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi isə ötən ilin ilk rübü ilə müqayisədə 13,2% artaraq 142,253 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

KAPİTALI AZALIB

Amrahbank-ın cəmi kapitalı son 1 il ərzində 16,347 mln. manat azalaraq cari ilin mart ayında 37,111 mln. manata düşüb.

KAPİTALIN AZALMASININ SƏBƏBİ BANKIN ARDICIL OLARAQ BİR NEÇƏ İL ZƏRƏRDƏ OLMASIDIR

Bank 2018-ci ilin ilk rübünü 5,384 mln. manat xalis zərərlə başa vurub. Qeyd edək ki, bankın 2017-ci ilin sonunda xalis zərəri 8,601 mln. manat, 2016-cı ildə isə 8,423 mln. manat olmuşdu.

 

Ən sərfəli krediti almaq üçün müraciət et