Amrah Sığorta-nın sədrini daha yaxından tanıyaq | Banco.az

Amrah Sığorta-nın sədrini daha yaxından tanıyaq

Emil Ağasıyev “Amrah Sığorta”nın İdarə Heyətinin sədridir. O, bundan əvvəl həmin şirkətdə İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra edib.

Emil Ağasıyev 19 oktyabr 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsili:

O, 1993-1998-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsi üzrə bakalavr təhsili alıb.

1998-2000-ci illərdə isə həmin ixtisasın magistr pilləsini başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Peşəkar təcrübəsi:

İş həyatına 1998-ci ildən başlamış və bir çox özəl şirkət və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. Son olaraq bank filialının müdiri vəzifəsində çalışmışdır. Hüquq və maliyyə sferasında 10 ildən artıq iş təcrübəsinə malikdir.

1 sentyabr 2009-cu il tarixində Amrah Sığorta ASC-də İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 28 yanvar 2011-ci il tarixindən Amrah Sığorta-nın İdarə Heyətinin Sədri vəzifəsində fəaliyyət göstərir.

Hal-hazırda evlidir və 2 övladı var.

Ən sərfəli krediti almaq üçün müraciət et