AMFA 11-ci İllik Təltif Şam Ziyafətini təşkil etmişdir | Banco.az

AMFA 11-ci İllik Təltif Şam Ziyafətini təşkil etmişdir

Bu il AMFA mikromaliyyə sektorunda mövcud olan  qabaqcıl təcrübələri öz fəaliyyətində əks etdirən təşkilatları və mikromaliyyə sektorunun tərəqqisinin obyektiv qiymətləndirilməsində əməyi olan şəxsləri qiymətləndirmək və maliyyə qurumları arasında əlaqələri möhkəmləndirmək  məqsədilə  11-ci İllik Təltif Şam Ziyafətini  təşkil etmişdir.   

AMFA-dan banco.az-a verilən məlumata görə, ənənəvi olaraq , bu il də Azərbaycanın Mikromaliyyə sahəsinin əsas tənzimləyici orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sahibkarlar Konfedersiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, bank, bank olmayan kredit təşkilatı,   mikromaliyyə sektoruna müxtəlif xidmətlər göstərən partnyor təşkilatlar, Banklar Assosiasiyası və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların  təmsilçiləri olmaqla tədbirdə ümumilikdə, 60-dan çox nümayəndə iştirak etmişdir.

AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov və icraçı direktoru xanım Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra tədbirin rəsmi hissəsində qonaq məruzəçi qismində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsi rəisi vəzifəsini icra edən cənab  Tural Feyzullayev  “Daşınar Əmlakın Reyestri” nin funksiyaları ilə bağlı təqdimatla çıxış etdi. Daha sonra iştirakçılar xatirə şəkli çəkdirərək tədbirin qeyri rəsmi hissəsində müzakirələri şam  masası arxasında davam etdirdilər.

Bu il, 4 dəyərli üzvdən ibarət olan mükafatlandırma komitəsi, Asiya İnkişaf Bankının baş iqtisadçısı Nail Vəliyev, Mikromaliyyənin idarəedilməsi üzrə peşəkarlar Nazim Əliyev, Samir Cəfərli və  Azərbaycan Mikromaliyyə Assosiasiyasının əməkdaşı Vüsalə Qarayeva tərəfindən  iddialı namizədlər arasından təyin edilmiş 3 qalib təşkilat və Mikromaliyyə sektorunun tərəqqisinin obyektiv qiymətləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə xanım Aytən Rüstəmova və Ramil Məhərrəmov AMFA-nın Xüsusi Mükafatı ilə təltif edilmişdirlər.

Ən sərfəli kredit üçün müraciət et

AMFA –nın 2018-ci il üzrə Mükafat Proqramı çərçivəsində aşağıdakı təşkilatlar qalib seçilmişdilər:

  • “Böhran dövründə institusional idarəetməni daha yaxşı təşkil edən təşkilat” nominasiyası üzrə BOKT  „İnkişaf üçün Maliyyə” MMC

 

  • “Biznes Effektivliyini  innovativ məhsul vasitəsilə artıran qabaqcıl təşkilat” nominasiyası üzrə  "Rabitəbank“ ASC

 

  • „Sosial Məsuliyyət layihələri  vasitəsilə Müştəri Loyallığını təmin edən təşkilat nominasiyası üzrə „PAŞA Bank" ASC

Ən sərfəli krediti almaq üçün müraciət et