AMEA "NBC Bank"-ın baş sponsoruğu ilə elmi məqalə müsabiqəsi keçirir | Banco.az

AMEA "NBC Bank"-ın baş sponsoruğu ilə elmi məqalə müsabiqəsi keçirir

AMEA Rəyasət Heyətinin "AMEA İqtisadiyyat İnstitunun 60 illiyinin keçirilməsi haqqında" 14 fevral 2018-ci il tarixli qərarını, İqtisadiyyat İnstitutunun Elmi Şurasının 06 oktyabr 2017-ci il tarixli qərarını əsas tutaraq, AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məkəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması  məqsədi ilə gənc iqtisadçı tədqiqatçılar arasında elmi məqalə müsabiqəsi keçirilir.

Müsabiqə Komissiyası tərəfindən məqalələrin qəbul edilməsi üçün son tarix 2018-ci ilin 30 sentyabrı müəyyən edilib. Müsabiqənin qalibi olan müəlliflərə fəxri diplomlar və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunacaq:

         1-ci yer (bir mükafat) – I dərəcəli Diplom və 1500 manat

         2-ci yer (iki mükafat) – II dərəcəli Diplom və 1000 manat

Ən sərfəli kredit üçün müraciət et

         3-cü yer (üç mükafat) – III dərəcəli Diplom və 500 manat

Müsabiqə 35 yaşına qədər tədqiqatçıların son 2 ildə elmi məcmuələrdə dərc edilmiş, iqtisadiyyatın müxtəlif sahələrini əks etdirən məqalələr üzrə keçirilir. Məqalələr Azərbaycan, ingilis və rus dillərində, bir və ya bir neçə müəllif tərəfindən (o cümlədən xarici həmkarlarla birlikdə) yazıla bilər. Eyni müəllif, yaxud həmmüəlliflər tərəfindən müsabiqəyə yalnız bir iş təqdim edilə bilər. Tezis şəklində çap olunmuş elmi işlər müsabiqədə iştirak edə bilməz.

Müsabiqənin baş sponsoru NBCBank, informasiya dəstəyi verən isə economics.com.az saytıdır.

Məqalələr bu ünvanda qəbul olunur: Bakı ş. H.Cavid prosp.115. AMEA İqtisadiyyat İnstitutu, 4-cü mərtəbə, otaq 483 (Şəfa Qurbanova).

Əlaqə telefonları: (+994 012) 537 22 78; 539 31 12; 537 22 59

Ən sərfəli krediti almaq üçün müraciət et