AMB qalib bankları mükafatlandırdı | Banco.az

AMB qalib bankları mükafatlandırdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir. Bu barədə Banco.az portalı Mərkəzi Banka istinadən məlumat verir.

Mərkəzi Bank tərəfindən 2014-cü ilin yekunlarına görə “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” və “Elektron ticarətin inkişafında lider bank” nominasiyaları üzrə müsabiqə keçirilmiş və ayrı-ayrılıqda nominasiyalar üzrə aşağıdakı qaliblər mükafatlandırılmışdır.

  • “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
    I yer “Bank of Baku” ASC;
    II yer “AFB Bank” ASC;
    III yer “Bank Respublika” ASC.

     

 

 

  • “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:
    I yer “Bank Respublika” ASC;
    II yer “Bank of Baku” ASC;
    III yer “Bank Technique” ASC.

     
  • “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
    I yer “Bank of Baku” ASC;
    II yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;
    III yer “Unibank” ASC.

     
  • “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:
    I yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;
    II yer “Unibank” ASC;
    III yer “Kapital Bank” ASC.

Eyni zamanda, müsabiqədə daha aktiv olan bankların fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə nominasiyalar üzrə ilk onluğa daxil olan aşağıdakı banklara Mərkəzi Bank tərəfindən təşəkkür məktubu təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

  • “YapıKredi Bank Azərbaycan” QSC;
  • “Dəmirbank” ASC;
  • “AGBank” ASC;
  • “Ata Bank” ASC;
  • “Access Bank” ASC; 
  • “Bank Standard” ASC;
  • “Paşa Bank” ASC;
  • “Naxçıvanbank” ASC;
  • “Nikoyl Bank” ASC;
  • “Bank Silk Vey” ASC.
     

Mərkəzi Bank 2015-ci ildə ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi və yeni ödəniş həllərinin istifadəsinin kütləviləşdirilməsi məqsədi ilə “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və “Təmassız ödəniş kartları üzrə lider bank” adlı əlavə iki yeni nominasiya elan etmişdir.

Mərkəzi Bank bundan sonra da ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bank sektoru ilə birgə aktiv fəaliyyətini davam etdirəcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et