"AMB-nin təşviq proqramına başlayacağı ehtimalı 50%-dir" | Banco.az

"AMB-nin təşviq proqramına başlayacağı ehtimalı 50%-dir"

Almaniyanın investisiya şirkəti "Berenberg"in Baş iqtisadçısı Holger Schmieding bu həftə Avropa Mərkəzi Bankının faizi 20 bənd aşağı salacağını gözlədiklərini və Bankın yenidən qiymətli kağız alışına başlamasına isə 50% ehtimal verdiklərini bildirib.

Schmieding "Bank pul siyasətinin daha uzun müddət dəstəkləyivi qalacağını da söyləyəcək",- deyib.

Pul siyasətinin hazırda çox yumuşaq vəziyyətdə olduğunu, bu səbəbdən daha çox zəifləmənin Avropa iqtisadiyyatlarına çox müsbət təsir etməyəcəyini bildirən Schmieding, "əhalinin xərcləməyə və ya şirkətlərin sərmayə qoymağa başlaması faizlərə deyil, Trampın ticarət müharibələrinə bağlıdır",- deyib. Schmieding pul siyasətinin ticarət müharibəsinin verdiyi zərərin yalnız kiçik bir qismini kompensasiya edəcəyini qeyd edib.

Schmieding yenidən qiymətli kağız alışı proqramı başlayarsa Avroda zəifləmə, sonra tarazlanma olacağını da nəzərdə tutub.

Xəbər verdiyimiz kimi, ticarət müharibələrinə görə iqtisadi inkişafda zəiflik, inflyasiyanın hədəfə çatmaması kimi səbəblər ilə əlaqəda olaraq Avropa Mərkəzi Bankının (AMB) 12 Sentyabrdakı iclasında faiz endiriminə getməsi və yeni bir monetar genişlənmə proqramı (Quantitative easing - kəmiyyət yumuşaldılması) açıqlaması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi gözlənti mənfi 0.4% olan depozit faizində 10 bənd endirim olacağı istiqamətindədir. İqtisadçılar Dekabr ayı toplantısında da eyni dərəcədə endirim gözləyirlər. Oktyabr ayında vəzifə müddəti başa çatacaq sədr Mario Draghi İyulda verdiyi açıqlamasında mənzərənin getdikcə pisləşdiyini qeyd etmişdi.

"Unicredit"in baş iqtisadçısı Daniel Vernazza da Avropa Mərkəzi Bankının bu həftəki iclasında faiz azaldacağını və yeni bir pullu genişlənmə proqramı açıqlayacağını bildirib.

Vernazza, "Bir təşviq planı açıqlanacağını və faizin də 10 bənd aşağı salınacağını gözləyirik. Daha böyük bir endirim də ola bilər. İnflyasiya 2%-lik hədəflərinə qayıdana qədər dəsrəkləyici olmağa davam edəcəklər",- deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et