Amazon və Facebook, işçilər üçün ən təhlükəli şirkətlər arasında göstərildi | Banco.az

Amazon və Facebook, işçilər üçün ən təhlükəli şirkətlər arasında göstərildi

Amerika Birləşmiş Ştatlarında yerləşən və dünyanın ən böyük informasiya şirkətlərindən olan Amazon və Facebook, işçilər üçün ən təhlükəli şirkətlər arasında yer aldı.

Milli İş Sağlamlığı və Təhlükəsizliyi Şurasının yayımladığı hesabatda ABŞ-da çalışanlar üçün ən təhlükəli şirkətlərin olduğu "Dirty Dozen 2019" siyahısı yer alır. Siyahıda ən diqqət çəkən şirkətlər arasında Facebook və Amazon da var.

NTV-nin xəbərinə görə, Milli İş Sağlamlığı və Təhlükəsizliyi Şurasının (National cosh) hazırladığı siyahının yaradılmasında bəzi meyarlara diqqət edilib. Bu meyarlar arasında risklər və təhlükəsizlik şərtlərinin yanında, səhiyyə rəsmilərinin təqdim etdiyi məlumatlar və reallaşan bəzi hadisələr istiqamətində işçi sağlamlığına təsir edən faktorlar var. Siyahı, bütün bu meyarların nəzərə alınması ilə ortaya çıxıb.

Ən sərfəli kredit üçün müraciət et

Yayımlanan hesabatda şura direktoru Marcy Goldstein-Gelb'in fikirləri də yer alır. Goldstein-Gelb siyahıda Facecook'un iştirak etməsi ilə əlaqədar bunları söyləyir: "Facebookdakı vizual məzmun işçiləri davamlı olaraq narahat edici məzmunların iştirak etdiyi vizuallara məruz qalırlar. Bu səbəbdən personalda zədə və stress pozğunluğu meydana gəlmə ehtimalı var. Bunda isə şirkətin məsuliyyəti var."

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et