"Amazon" şirkəti ABŞ-da 90-a yaxın şirkətini bağlayır | Banco.az

"Amazon" şirkəti ABŞ-da 90-a yaxın şirkətini bağlayır

"Amazon" onlayn pərakəndə satış şirkəti özünün xırda ticarət üçün nəzərdə tutulan bütün 87 məntəqəsini bağlamaq niyyətindədir.

TASS-ın məlumatına görə, bu barədə çərşənbə günü "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin yazdığına görə, şirkət nümayəndələri bu məlumatı təsdiq ediblər. Onlar söhbətin ABŞ-dakı mini mağazaların mövcudluğunu nəzərdə tutan proqramın aprelin sonlarında tam olaraq dayandırılmasından gedir. Onların əksəriyyəti ümumilikdə 21 ştat ərazisində yerləşən ticarət mərkəzlərinin binalarındadır.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada bildirilir ki, "Amazon" artıq öz əməkdaşlarını ticarət nöqtələrinin bağlanacağı barədə məlumatlandırıb. ABŞ-dan kənarda yerləşən bu tip mağazaların aqibətinin necə olacağı isə hələ ki, məlum deyil.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et