Amazon Çindən çəkilməyə qərar verdi | Banco.az

Amazon Çindən çəkilməyə qərar verdi

ABŞ-ın e-ticarət nəhəngi Amazon Çin bazarından ayrıldığını açıqladı. Şirkətin Çindən çıxma tarixi isə 18 iyul olaraq təyin olundu.

Amazonun Çindən ayrılmasının ən vacib səbəbi yerli rəqabətə davam edə bilməməsi oldu. Çinin ilk iki online pərakəndə şirkəti, Alibaba və JD.com, ölkədə e-ticarətin 82%-nə nəzarət edir. iResearch-in bu məlumatı 2018-ci ilə aiddir. 

Amazon 15 ildir Çində idi.

Ən sərfəli kredit üçün müraciət et

Amazonun açıqlamalarına görə, Çindəki müştəriləri Amazonun aktiv olduğu digər ölkələrdən alış-veriş etməyə davam edə bilər. Amazon Çindəki e-ticarət saytını bağlasa da, digər məhsullarla Çində qalmağa davam edəcək. Belə ki, Amazon Global Store, Global Selling və Kindle kimi məhsullar Çində açıq qalacaq. Amazon Web Services də fəaliyyətini davam etdirəcək.

2004-cü ildə Amazon yerli e-ticarət platformu joyo.com satın alaraq Çin bazarına girmişdi.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et