Alternativ enerji mənbələrindən ən çox istifadə edən ölkələrin adı AÇIQLANDI | Banco.az

Alternativ enerji mənbələrindən ən çox istifadə edən ölkələrin adı AÇIQLANDI

İnkişaf edən cəmiyyətimizdə enerjiyə olan təlabat günü-gündən artmaqdadır. Təbii resurslar sonsuz olmadığı üçün hal-hazırki dövrdə alternativ enerji mənbələri vacib xarakter daşımağa başlayıb. Alternativ enerji mənbələri, bildiyimiz enerji resurslarından fərqli olaraq ətraf mühit və ekologiya üçün müsbət xarakter daşıyır.  Hal-hazırda bir çox ölkələr alternativ enerji mənbələrindən istifadə etməkdədir.

Bunu nəzərə alan Dünya Enerji Konqresi (WEC) alternativ enerjidən ən çox istifadə edən ölkələrin siyahısını açıqlayıb. Banco.az sizə bu ölkələri təqdim edir.

Bu baxımdan İsveçrə siyahıya liderlik edən ölkə hesab oluna bilər. İsveçrə enerjinin 59%-ni hidroelektrik stansiyalarından əldə edir. Ölkə yalnız 1% təbii resurslar hesabına əldə olunan enerjidən istifadə edir. Siyahıda ikinci yeri İsveç tutur. İsveç höküməti istifadə etdiyi alternativ enerji mənbələri hesabına ekoloji çirklilikdən ən az əziyyət çəkən ölkədir. Neft rezervləri ilə zəngin olan Norveç dövləti alternativ enerji, xüsusilə də sudan əldə olunan enerjidən istifadə etməkdədir. Hal-hazırda Norveç 98% yenilənə bilən enerjidən istifadə edir. Elm adamları Birləşmiş Krallığın yaxın gələcəkdə enerji problemi yaşayacağını və 69% təbii resurslara bağlı olduğunu vurğulayır. Avstriyanın da vəziyyəti bu baxımdan Birləşmiş Krallıqdan geri qalmır. Bunu nəzərə alan dövlət 1980-cı ildən bu yana alternativ enerji mənbələrindən istifadəni iki qatına çıxara bilib. Danimarka yenilənə bilən enerjilərdən hesab olunan külək enerjisindən istifadə edir. Hətta hökümət 2050-ci ilədək tamamilə alternativ enerji mənbələrindən istifadə etmək niyyətində olduğunu bildirir. Dünyanın ən inkişaf etmiş regionlarından biri olan Kanada təbii sərvətlərlə zəngin olsa da alternativ enerji mənbələri içərisində ən çox hidroenerjidən və 3.5% külək enerjisindən istifadə etməkdədir. Neft və qaz idxalçısı kimi tanınan Fransa alternativ kimi nüvə enerjisindən istifadə etməyə başlayıb. Hal-hazırda ölkənin enerji ehtiyacının 79%-i nüvə enerjisinin payına düşür. Nə qədər təəccüblü olsa da Yeni Zellandiya da bu siyahıda yer almaqdadır və məlumat üçün bildirək ki, Yeni Zelandiya enerji ehtiyacının 84%-ni özü qarşılayır və 2025-ci ilədək alternativ enerji istehsalını 90%-dək artırmaq niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmiz də bu baxımdan olduqca şanslı hesab oluna bilər, çünki Azərbaycan günəş, külək və hidroelektrik enerji mənbələri ilə zəngindir. Ümid edirik ki, yaxın gələcəkdə ölkəmiz də bu siyahıda yer alacaq.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et