Almaniyanın vergi gəlirlərinin azalacağı proqnozlaşdırılır | Banco.az

Almaniyanın vergi gəlirlərinin azalacağı proqnozlaşdırılır

Son illərdə vergi gəlirləri üzrə rekord nəticələrə nail olan Almaniyanın iqtisadi mühitdə baş verən durğunluq səbəbindən bu ildən başlayaraq vergi gəlirlərinin əhəmiyyətli dərəcədə azalacağı bildirilib. Federal, əyalət və bələdiyyələr səviyyəsində vergi gəlirləri 2023-cü ilə qədər gözlənildiyindən az olacaq.

Federal Maliyyə Nazirliyinin büdcəsinə bu il 10 milyard arvo az vəsait daxil olacaq. Federal büdcənin vergi gəlirləri isə 2023-cü ilə qədər 70,6 milyard avro azalacaq. Ümumilikdə vergi gəlirlərinin dörd il ərzində 124,3 milyard avro azalacağını bildirən maliyyə naziri Olaf Şoltz təşvişə düşməməyə çağırıb: "Əgər biz bir-birimizə qarşı deyil, bir-birimizlə bərabər işləsək, bu çətinliyin öhdəsindən gələcəyik. Hər kəsdən bir qədər artıq səy göstərməsi tələb olunur", - Almaniyanın maliyyə naziri deyib.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et