Almaniyada son 5 ilin ən yavaş iqtisadi artımı qeydə alındı | Banco.az

Almaniyada son 5 ilin ən yavaş iqtisadi artımı qeydə alındı

Almaniya Federal Statistika Bürosunun məlumatlarına görə, 2017-ci ildə 2.2% artan iqtisadiyyat 2018-ci ildə 1.5% artıb. Bu, 5 ilin ən yavaş iqtisadi artımıdır.  

İqtisadiyyatın xüsusilə ilin ikinci yarısında ləngidiyinə dair siqnallar vardı. İqtisadiyyat 3-cü rübdə 0.2% azalmışdı, bu da 2015-ci ildən bəri ilk rüblük azalma olmuşdu. 

Ən sərfəli kredit üçün müraciət et

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya ABŞ Prezidenti Donald Trampın təkan verdiyi ticarət müharibələri, qlobal iqtisadiyyatda "soyuma", Böyük Britaniyanın Avropa Birliyindən çıxması kimi problemlərlə mübarizə aparır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et