Alman malı Çində: Yenilənmiş Audi Q2L e-tron elektrokarı Pekində satışa çıxarılacaq | Banco.az

Alman malı Çində: Yenilənmiş Audi Q2L e-tron elektrokarı Pekində satışa çıxarılacaq

Alman avtomobil nəhəngi “Audi” yaxın vaxtlarda Çində yenilənmiş e-tron - Q2L elektrik krossoverin satışına başlamaq niyyətindədir.

Bu avtomobilin ilk nüsxələri artıq yerli nümayəndəliklərə daxil olur. Öz növbəsində, təklif olunan nüsxə orijinal versiya ilə praktiki olaraq eynidir, lakin modeli radiatorun torşəkilli formasına görə fərqləndirmək olar. E-tron - Q2L modeli 136 at gücündə olan elektrik qurğusuna malikdir. Gücləndirilmiş akkumulyatorlar sayəsində hərəkət ehtiyatı 260 km-ə qədər olacaq.

Ən sərfəli kredit üçün müraciət et

E-tron - Q2L krossoverinin üstünlükləri arasında tam sürücü sistemi də var. Xatırladaq ki, Çində 1,4 litrlik mühərriki olan avtomobilin 150 at gücündə benzin modifikasiyası təklif olunur. Elektrik versiyasının qiyməti hələlik məlum deyil.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et