Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunan "AHK Impuls" tədbirində iştirak edilmişdir | Banco.az

Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunan "AHK Impuls" tədbirində iştirak edilmişdir

Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən ənənəvi qaydada təşkil olunan "AHK Impuls" görüşündə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti iştirak etmişdir.

Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olan təşkilatların, beynəlxalq maliyyə institutlarının, o cümlədən Byenəlxalq Maliyyə Korporasiyasının, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) , xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin iştirak etdiyi bu tədbirdəMaliyyə Bazarlarına Nəzarət Palatasınınİdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovmaliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, maliyyə bazarlarının müxtəlif sahələrində, o cümlədən bank sistemi, sığorta sektoru, qiymətli kağızlar bazarı və ödəniş sistemləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat vermişdir.

Ötən müddət ərzində bütövlükdə bank sektoruna 1.8 mlrd. manat kapital inyeksiyasıedildiyi, sektorun kapital adekvatlığı göstəricisi 24.2% təşkil etməklə, minimum kapital tələbini 2.4 dəfə üstələdiyi iştirakçıların diqqətinə çatdırılmışdır. Həmçinin,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” cənab İlham Əliyevin müvafiq Fərmanının icrası barədə məlumat verilərək bildirilib ki31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ümumilikdə 600.1 milyon manat həcmində ödənişlər edilmişdir ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir iştirakçılarına həmçinin aparılmış islahatlar nəticəsindəəldə olunan nailiyyətlər, Daşınar Əmlakın Yüklülüyünün Reyestrin və Özəl Kredit Bürosunun fəaliyyətə başlamasınınölkəmizin “Getting Credit” (“Kredit Əlçatanlığı”) indikatoru üzrə mövqeyinə təsirini, 122-yerdən, 100 pillə irəliləyərək 22-ci yerdə qərarlaşması haqqında məlumat vermişdir.Bundan əlavə,Azərbaycan Respublikasındaminoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə 8 pillə irəliləyərək 2-ci yerə qalxması bildirilmişdir.

“AHK İmpuls” görüşündə iştirakçılarla maliyyə bazarının müxtəlif sahələri üzrə məhsuldar müzakirələr aparılaraq, investorların və sahibkarların çoxsaylı sualları cavablandırılmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et