Alimlər Günəş batareyası ilə işləyən roboarı yaratdılar - VİDEO | Banco.az

Alimlər Günəş batareyası ilə işləyən roboarı yaratdılar - VİDEO

Harvarddan olan mikrorobototexniklər, günəş batareyaları ilə işləyən, robotlaşdırılmış arının prototipini yaratmağa müvəffəq olublar. Yenilik əlavə enerji ilə təchiz edilməyə ehtiyacı olmadan, fasiləsiz uçuşlar yerinə yetirməyi bacarır.

“Robobee X-Wing” adlanan prototip idarəetmə sistemlərinə malik deyil, yalnız bir dairədə və günəş işığı enerjisindən üç dəfə çox olan işıq gücündə uça bilir.

Robotarının normal işləməsi üçün 220 Hz tezliyində 200 Vt gərginlik lazımdır. Cihazın çəkisi 259 mq, hündürlüyü 5 sm, qanadların ölçüsü açıq vaziyyətdə 3,5 sm-dir.

Ən sərfəli kredit üçün müraciət et

Gələcəkdə mütəxəssislər bu prototipin idarəetmə və qidalanma sistemini təkmilləşdirməyi və ona günəş işığından uzun müddət ərzində yüklənməyə imkan verməyi planlaşdırırlar.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et