Alim Quliyev: “Onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib” | Banco.az

Alim Quliyev: “Onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib”

“2018-ci ildə dünyada pərakəndə ticarətin ümümi dövriyyəsi 24 trilyon ABŞ dollar təşkil edib ki, bunun da 3 trilyon dolları və yaxud 12,5%-i elektron ticarətin payına düşüb. Bu, 2017-ci ilə nisbətən 2,5 faiz bəndi çoxdur. Bunun isə 2019-cu ildə elektron ticarət dövriyyəsinin 3,5 trilyon dollar və yaxud pərakəndə ticarət dövriyyəsinin 14%-i qədər olacağı gözlənilir”.

Bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, növbəti 5 ildə elektron ticarət dövriyyəsinin 6,5 trilyon dollara çatacağı və pərakəndə ticarət dövriyyəsində 22%-dən çox paya malik olacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

“2019-cu ilin sonunda dünya əhalisinin ¼-i rəqəmsal alıcı olacaq. Bu isə 2 milyard insan deməkdir. Hesablamalar göstərir ki, 2040-cı ilə qədər dünya əhalisinin 95%-i ticarətini rəqəmsal ödənişlər vasitəsilə həyata keçirəcək. Yaşadığımız cəmiyyətdə ağıllı texnologiyaların tətbiqi ilə iqtisadiyyatın bütün sahələri sürətlə elektronlaşır. Elektron ticarət cəmiyyətin ayrılmaz hissəsini təşkil edir. Yeni texnologiyaların geniş tətbiq edildiyi elektron ticarət maliyyə, real sektor və İT kimi müxtəlif sahələri əlaqələndirən effektiv mexanizmə çevrilib. Elektron ticarət platforması kiçik və orta biznesin iri korporasiyalarla rəqabət aparmaq qabilləyətlərini daha da genişləndirir. Rəqəmsallaşma gənclərə öz bizneslərini açmağa böyük maliyyə tələb etməyən əlverişli imkanlar yaradır. Bu səbəbdən onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib”, - sədr müavini qeyd edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et