Ali Məhkəmə "Bank Standard"ın ləğv planını qənaətbəxş hesab etməyib | Banco.az

Ali Məhkəmə "Bank Standard"ın ləğv planını qənaətbəxş hesab etməyib

Ali Məhkəmə ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin şikayətini qismən təmin edib.

Bu barədə Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərardadı qismən, 2018-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 3.8, 4.1, 4.2-ci bəndlərinin və 2018-ci ilin II rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 4.1, 4.2-ci bəndlərinin təsdiq edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib.

“Ölkə tarixində bu ilk hadisədir. Ləğv planları ilə bağlı əvvəllər də şikayət versəm də, təsdiq edilmirdi. Nəhayət, Kreditorlar Komitəsinin sədri qismində son şikayətim təmin edildi. Ali Məhkəmə şikayətimizi tam təmin etməsə də (hesab edirəm ki, şikayətimizin bütün arqumentləri tam əsaslı idi), bir sıra mühüm məqamları nəzərə alıb. Ən əsası, Ali Məhkəmə qeyd edir ki, Apellyasiya Məhkəməsi iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər ilə bağlı məsələyə və müsbət xalis aktivlər ilə bağlı məsələyə yenidən qiymət verməlidir”, - deyə Ə.Həsənov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et