Ağıllı saatlar: davamlı EKQ monitorinqi, böyük ekran və sudan müdafiə üçün cəmi 100 dollar | Banco.az

Ağıllı saatlar: davamlı EKQ monitorinqi, böyük ekran və sudan müdafiə üçün cəmi 100 dollar

Amazfit Verge 2 Flaqman ağıllı saatları ilə birlikdə “Huami” şirkəti daha bəsit bir model təqdim edib. Yenilik, Amazfit Health Watch adlanır və adından göründüyü kimi, ilk növbədə öz sağlamlığına qayğı göstərən insanlar — idmançılar və yaşlı insanlar üçün nəzərdə tutulub.

Amazfit Verge 2-ni fərqləndirən xüsusiyyəti, bir kristallı Huangshan No. 1 platformasından istifadə etməyi hesab olunur. Məsələ ondadır ki, bu “süni intellekt sürətləndirici” həm əlavə çip kimi (Amazfit Verge 2 -də o, SoC Snapdragon Wear 2500- i tamamlayır), həm də əsas təkkristallı platforma kimi istifadə oluna bilər. Burada söhbət aritmiya, atrial fibrillation və digər patologiyalar müəyyən edən EKQ - dən gedir. Həyat üçün təhlükəli vəziyyət müəyyən edilərsə, saat əvvəlcədən təyin edilmiş nömrəyə təcili SMS göndərəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Huami” Pekin Universitetinin birinci Xəstəxanasının Kardiologiya şöbəsinin həkimləri ilə əməkdaşlıq edərək saatların effektivliyini yoxlayıb. EKQ-nin işinin yoxlanılması, Amazfit Health izləmə sisteminin arterial aritmiyanı 97,24% dəqiqlik ilə müəyyənləşdirdiyini göstərib. Yenilik EKQ-nin çıxarıldıqdan sonra 60 dəqiqəyə qədər yaddaşda saxlanıla bilər.

Amazfit Health Watch Bluetooth-u dəstəkləyir və sudan yaxşı müdafiəsi var — saat 30 metrə qədər dərinlikdə işləyi. Təəssüf ki, yeni məhsulların istehsal tarixi hələ bilinmir, qiyməti isə artıq bəllidir — $ 100.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et