AGBank-dan tərəqqiyə can atan, əzmli və qərarlı şəxslər üçün iş imkanı! | Banco.az

AGBank-dan tərəqqiyə can atan, əzmli və qərarlı şəxslər üçün iş imkanı!

Hal-hazırda ölkəmizin aparıcı banklarından biri hesab olunan “AGBank” ASC bir neçə vakansiya üzrə işçi qəbulu elan edib. Sözügedən vakansiyalar sırasına “Pərakəndə bank məhsulların yaradılması üzrə mütəxəssis”“Müştəri xidmətləri üzrə mütəxəssis” vakansiyaları daxildir. Banco.az portalı olaraq, hər iki vakansiya üzrə müəyyən edilmiş tələblər, vəzifə öhdəlikləri və iş şəraiti barədə məlumatları namizədlərin diqqətinə çatdırırıq.

Müştəri xidmətləri üzrə mütəxəssis

Tələblər:

∙ Ali təhsil
∙ Müştərilərlə iş təcrübəsi arzuolunandır
∙ Azərbaycan və rus dili dillərində sərbəst danışma
∙ İngilis dili arzuolunandır
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ Gülərüz
∙ Operativ
∙ Kommunikativ
∙ Xoş xarici görünüş

Vəzifə öhdəlikləri:

∙ Banka daxil olan müştərilərin qəbul edilməsi
∙ Müştərilərə kreditlə bağlı ətraflı məlumat verilməsi
∙ Daxil olan zənglərə peşəkar qaydada cavab vermək və onları düzgün istiqamətdə yönəltmək
∙ Filiala gələn qonaqları qonaqpərvərlik və nəzakətlə qarşılamaq
∙ İsmarıcları qəbul etmək, onları yazılı surətdə dərhal daxili elektron poçt vasitəsi ilə ünvanına göndərmək
∙ Poçt xidmətləri vasitəsi ilə məktubları göndərmək
∙ Filiala faksla daxil olan sənədləri çeşidləmək və ünvanlanan şəxsə çatdırmaq
∙ Çıxan və daxil olan poçtu qəbul etmək, qeyd aparmaq və çeşidləmək.

İş şəraiti:

İş yeri - Baki
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına [email protected] (Elnur Axundov) göndərin.

Mövzuda – "Müştəri xidmətləri üzrə mütəxəssis" qeyd etməyiniz xahış olunur.

Ən sərfəli kredit üçün müraciət et

Pərakəndə bank  məhsulların yaradılması Şöbəsi (mütəxəssis)

Əsas tələblər:

İqtisadi təhsil
Bank və Siğorta sahəsində azı 1 il iş təcrübəsi
MS Office proqramlarını bilməli (Excel yüksək səviyyədə) 
Azərbaycan, Rus dillərini sərbəst bilməli, İngilis dili yaxşı səviyyədə olmalıdır
Analitik və riyazi düşüncə tərzi. İdarəetmə bacarığı və proses yönümlü olmalı
Yaş həddi: 21-30 arası

Vəzifə öhdəlikləri:

Məhsul və xidmətlərin xarakterindən asılı olaraq ölkədə və ölkə xaricində fəaliyyət göstərən bankların fəaliyyətini araşdırır, bunun üçün mümkün informasiya mənbələri , o cümlədən internet, kütləvi –informasiya vasitələri, bankların reklam-informasiya materialları və digər mənbələri mütamadi izləyir, əldə olunmuş faydalı məlumatları müvafiq səlahiyyətli şəxslərə təqdim edir. 
Bazar araşdırması, partnyorlarla iş və müştəri xidmətləri ilə məşğul olan struktur bölmələrindən əldə olunan məlumatlar əsasında məhsul (kredit və qeyri-kredit məhsulları) və xidmətlərin şərtlərinin yaxşılaşdırılması istiqamətində təkliflər hazırlayır.
Bankın mövcud məhsulları əsasında çarpaz satış (cross-selling) və üst satış (up-selling) imkanları verən xüsusi məhsul (kredit və qeyri-kredit məhsullar) və ya xidmətləri hazırlayır.
Müxtəlif hesabatlar hazırlayır.

İş şəraiti:

İş yeri  - AGBank-ın mərkəzin ofisi (Landau 16)
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına [email protected] (Zaur İzmaylov)-a göndərin.

Mövzuda – Pərakəndə bank məhsulların yaradılması üzrə mütəxəssis qeyd etməyiniz xahış olunur.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et