Ağ Ev: Tramp Xi ilə görüşmək istəyir | Banco.az

Ağ Ev: Tramp Xi ilə görüşmək istəyir

ABŞ rəhbərliyi, Prezident Donald Trampın ticarət müharibəsini dayandırmaq üçün üçün Xi Jinping ilə görüşmək istədiyini bildirib.

Ağ Evin müşaviri Kellyanne Conway "Fox News"a verdiyi açıqlamada, "Tramp Xi ilə çox yaxın zamanda görüşmək istəyir. Prezident bağlanacaq müqavilənin amerikalıların, amerikan fəhlələrinin və ABŞ-ın maraqlarına uyğun olmasını istəyir" deyib.

İki tərəfin nümayəndələri, Amerika şirkətlərinə zərər verən dövlət dəstəkli iqtisadi modeldə daha geniş islahatlar aparılmasını bu həftə Pekində müzakirə edəcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

Danışıqların 1 Mart tarixinə qədər bir müqavilə ilə yekunlaşmayacağına dair narahatlıqlar artıb. 1 Marta qədər bir müqaviləyə bağlanmasa, Prezident Donald Tramp 200 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən idxal vergisini iki dəfə artıracağını bildirmişdi.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et