"AG Bank"ın kapitalı azalıb | Banco.az

"AG Bank"ın kapitalı azalıb

“AG Bank” cari ilin 2-ci rübü üzrə balans hesabatını açıqlayıb.

2016-cı ilin ikinci rübündə bankın aktivləri 579 milyon 761 min manat təşkil edib.  Bu, cari ilin birinci rübü ilə müqayisədə 12%, yəni 62 milyon 499 min manat çoxdur.

2015-ci ilin yanvar göstəriciləri ilə müqayisədə isə bankın aktivləri 16,4% artib.

Birinci rübə nisbətən ikinci rübdə bankın kredit portfeli 6,9% azalaraq  341 milyon 123 min manat həcmində olub.

Bankın depozit portfelində isə 63 milyon manat artım olub və portfelin həcmi 283 milyon 306 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ilin birinci rüb göstəriciləri iə müqayisədə bankın kaptalı 8,4% azalıb. 2015-ci ilin yanvar göstəricilərinə əsasən isə 46% artib və 75 milyon 886 min manat olub.

Bank haqqında

1992-ci ildə təsis olunan “AGBank” ASC –nin səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu.

Bankın apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsidir. Bundan əlavə bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.

Ən sərfəli krediti almaq üçün müraciət et