AG Bank komandası çimərliklərdən birini böyük miqdarda zibildən təmizləyib | Banco.az

AG Bank komandası çimərliklərdən birini böyük miqdarda zibildən təmizləyib

Ötən şənbə günü AG Bank komandası yerli, ödənişsiz çimərliklərdən birini təmizləyib. Sirr deyil ki, ekoloji problemlər planetimizin ən prioritetməsələlərindən biridir. Ölkəmizdə də həmçinin bu problemin müzakirəsi son zamanlar geniş yayılmışdir. Təbiətimizi yaxşılaşdırmaq üçün çox sayda layihələr aparılır, ən önəmlisi isə vətəndaşları mövcud problemə daha diqqətli yanaşması üçün bir sıra sosial çarxlar çəkilir.

Beləliklə, AG Bank komandası da kənarda qalmayaraq, təbiətin artıq zibillərdən təmizlənməsi problemini həll etmək üçün, Göradildəki çimərliklərdən birində təmizlik işləri apararaq öz kiçik, lakin mühim töhvələrindən birini verdi.

“Biz Bankda könüllülərdən ibarət olan “AGreen Team” adlı qrup yaratmağa qərarına gəldik.” - Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Quliyev söylədi. – Həmin qrup ətraf mühitin qorunmasına yönəlmiş könüllü tədbirlərdə fəal iştirak edəcək. Planlarımız tullantıların çeşidlənməsi, Xəzər dənizi sahilinin və tərk edilmiş oyun meydançalarının təmizlənməsi ilə bağlı olan layihələri əhatə edir. Ümid edirik ki, Azərbaycanda daha çox təşkilat gözəl ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında iştirak edər, bununla da digərlərinihəvəsləndirərlər.

Göradildəki sahil zonasında xeyli plastik tullantılar, xüsusilə şüşə qablar, polietlen torbalar, uşaq bezləri və digər növ zibillər yığılmışdı.Bu çeşid tullantılar təbiətdə yüz illərlə təbii yolla emal edə bilmir. Bununla yanaşı, çimərlik sahəsi şüşə parçaları ilə dolu idi, bu isə bu cür ictimai sahələr üçün çox təhlükəlidir.

“Düşünürük ki, ərzaq dükanlarda polietilen torbaların verilməsini minimuma endirmək lazımdır. Bununla mübarizə aparmaq əsasən ölkəmizdəki iri supermarketlerin üzərinə düşür. Komandamızın yığdığı 60 ədəd zibil qutusunun dörddə bir hissəsini polietilen çantalar/plastik torbalar təşkil edirdi.”- deyə, Anar Quliyev qeyd etdi.

Əlbəttə, etiraf etməliyik ki, bütün bu zibillərin orda təsadüfən yaranması mümkün deyil, bilavasitə çimərliklərdə ailələrlə dincələn vətəndaşların təqsiridir.Göradil rayon bələdiyyəsi dinсələnlər üçün əlverişli şərait yaratmaya çalışsa da, ətraf təmizliyi ilk növbədə çimərliyə gələn hər kəsin məsuliyyətidir. Təbiətə olan sevgi və qayğını, xüsusilə söhbət öz vətənimizdən gedirsə, uşaqlıqdan aşılamaq çox vacibdir.

Biz hamımız özümüzdən sonra təmizlənməyi öyrənməliyik və buna əməl etməyənlərəisə irad tutmağa çəkinməməliyik. Bəlkə, bu zaman ətrafımızdakı dünya müsbət yöndə dəyişməyə başlayacaq.

AGBank-ın qayğıkeş əməkdaşlarına təşəkkür edirik və “AGreenTeam” könüllülər təşkilatına gələcək işlərində uğurlar arzulayırıq!

Unutmayın ki, Biz ətraf mühitin çirklənməsi səbəbindən qlobal iqlim narahatlığı ilə üzləşən ilk və dəyişiklik etmə imkanı olan son nəsil olacağıq!

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et