Adidas-la bağlı məhkəmə qərarı – patent hüququndan məhrum edildi | Banco.az

Adidas-la bağlı məhkəmə qərarı – patent hüququndan məhrum edildi

Adolf Dassler 1949 – cu ildə futbolçuların daha rahat və uyğun ayaqqabılarla futbol oynaması üçün bir ayaqqabı dizayn etməyə qərar verir. Ayaqqabının dayanıqlılığı və ayağı qavraması bu idman növünə uyğun olmalı idi. Dassler də ayaqqabının sağ və sol tərəflərinə “3 xətt” tikərək buna nail ola biləcəyini düşündü. Bu fikir həm ayaqqabıların funksional xüsusiyyətini təşkil elədi, həm də yeni markaya ilham oldu: Bəli, sözü gedən marka Adidas idi.

Həmçinin oxu: İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma

Adolf Dasslerin bu fikri markanın şüarında da öz əksini tapdı. Markanın şüarı “brand with 3 stripes” olaraq qəbul edildi. “3 xəttli marka” Adidas – ın idman geyim brendi olmasını mənimsəməsi ilə bütün məhsul çeşidlərində istifadə edilməyə başlandı. Belə ki, artıq 3 xətt – Adidas demək idi.

2014 – cü ildə müəlliflik hüquqları üçün Avropa Birliyi məhkəməsinə müraciət edən Adidas markanın loqosuna və 3 xətt simvoluna patent hüququ aldı. Belçikanın ayaqqabı brendi “Europe” qərara etiraz edərək 3 xəttin “ayırd edici” xüsusiyyətinin olmadığı iddiasını irəli sürdü. Qərar 19 iyun 2019 – cu il tarixində açıqlandı.

Lüksemburq şəhərində yerləşən Avropa Birliyinin ən ali ikinci məhkəməsi Adidas firmasının əleyhinə açılan məhkəmə işinin nəticəsində ayaqqabı kateqoriyasında bir-birinə paralel 3 xətt simvolunun ayırd edici bir xüsusiyyətinin olmadığına dair qərar qəbul etdi. Qərarın icrası ilə birlikdə Adidas artıq ayaqqabı kateqoriyasında 3 xətt patentindən istifadə edə bilməyəcək. Məhkəmə işi təkcə ayaqqabı kateqoriyasına aid edildiyi üçün Adidas firmasının 2014 – cü ildə qazandığı şapka və digər tekstik məhsulları 3 xətt patenti ilə buraxılmağa davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən məhkəmə qərarı Avropa Birliyinə üzv ölkələrə şamil ediləcək. Onu da xatırladaq ki, məhkəmə prosesində 28 üzv ölkədən təkcə 5-i Adidas firmasının lehinə idi.

Qərar hüquqi baxımdan markanın qarşısında ciddi bir problem yaratdı. İstehlakçıların zehnində 3 xətt ilə eyniləşən və “Adidas” – ı xatırladan simvol artıq firmaya məxsus olmayacaq.

Firmanın bu vəziyyəti necə idarə edəcəyi, xüsusilə də orijinal olmayan məhsullarla necə mübarizə aparacağı isə maraq doğurur.

Həmçinin oxu: İdman məhsulları istehsal edən şirkətlərin rəqabəti: Nike və Adidas

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et