Adam Nyumanın karyerası TƏNƏZZÜL etdi | Banco.az

Adam Nyumanın karyerası TƏNƏZZÜL etdi

Forbes “WeWork” kovorkinq şəbəkəsinin həmtəsisçisi Adam Nyumanın sərvətini yenidən dəyərləndirib. 

Banco.az xəbər verir ki, Nyumanın sərvətinin 4,1 milyard dollardan 600 milyona qədər azaldığı məlum olub. Nyumanın milyarder statusunu itirdiyi və bərpa edəcəyinin çətin olduğu bildirilir. Adam Nyumanın əsas kapitalı — “We Co” səhmləridir. “WeWork” şirkətinin səhmlərinin təxminən 18%-i Nyumana məxsusdur. Forbes bu səhmləri 500 milyon dəyərində qiymətləndirir. Hesablamalara görə, “WeWork”un ümumi dəyəri 2,8 milyard dolları keçmir.

“WeWork”un digər həmtəsisçisi — Migel Makkelvi də milyarder statusunu itirib. Forbes onun 2,9 milyardlıq sərvətini artıq 400 milyon dollar dəyərində qiymətləndirib. “WeWork” nümayəndələri Forbesə şirkət həmtəsisçilərinin maliyyə vəziyyətini açıqlamaqdan imtina ediblər.

Həmçinin oxu: Dünyanın prezidenti olmaq kimi arzuları olan Adam Nyuman haqqında maraqlı məqamlar 

Ən sərfəli kredit üçün müraciət et

Nyuman və Makkelvinin sərvətinin azalması “WeWork”un birjadakı fəaliyyətinin çox uğursuz olması ilə izah olunur. IPO layihəsinin hazırlıq dövründə, şirkətin 2019-cu ilin yanvarında 47 milyard dollar olan dəyəri artıq sentyabrda 10-12 milyarda düşmüşdü. Təbii ki, investorlar da şirkətin biznes modelindən və zərərlə işləməsindən narazılıqlarını bildirib. Nəticədə “WeWork” IPO layihəsini qeyri-müəyyən müddətə təxirə saldı, Nyuman isə direktorlar şurasının təzyiqi altında baş icraçı direktor vəzifəsini tərk etdi. 

Həmçinin oxu: Mark Zükerberq: “Heç kəs milyarder olmağa layiq deyil”. 

Nigar Umaxanlı, Banco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et