AÇG-nin bir platformasında hasilat müvəqqəti dayandırılıb | Banco.az

AÇG-nin bir platformasında hasilat müvəqqəti dayandırılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda yerləşən "Mərkəzi Azəri" platformasında illik plana uyğun olaraq, aprelin 15-dən hasilat dayandırılıb.

Bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, planlaşdırılmış dayandırılma təxminən 15 gün davam edəcək: "Plana əsasən, “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri aparılacaq. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir”.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin bildirib ki, bu ilin oktyabr ayının 15-də isə "Qərbi Çıraq" platformasında prafilaktik işlərlə əlaqədar hasilat dayandırılacaq.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et