AccessBank`ın mənfəəti əhəmiyyəti dərəcədə artmışdır | Banco.az

AccessBank`ın mənfəəti əhəmiyyəti dərəcədə artmışdır

29 oktyabrda özünün 12 illiyini qeyd edəcək AccessBank 30.09.2014 tarixinə olan maliyyə hesabatlarını açıqlamışdır. Hesabatlara əsasən bankın maliyyə göstəricilərində əhəmiyyətli artımlar baş vermişdir. Belə ki, bir il ərzində bankın aktivləri 37,2% artaraq 970 mln manat olmuşdur. Aktivlərin artımı əsasən kreditlərdə baş verən 37,5%-lik artım hesabına baş vermişdir. Kredit portfeli 563,9 mln manatdan 775,5 mln manata qədər yüksəlmişdir.

Ən böyük artım isə depozitlərin həcmində müşahidə edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə (184.4 mln manat) depozitlərin həcmi 46,5% artaraq 270,2 mln manata bərabər olmuşdur.

2014-cü ilin III rübü üzrə Bankın xalis mənfəəti isə 40,9 mln manat təşkil etmişdir, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 46.13% çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Kredit portfeli dedikdə overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği nəzərdə tutulur. Depozitlər punktuna banklar və digər maliyyə müəssisələri istisna olmaqla hüquqi və fiziki şəxslərdən cəlb edilmiş tələbli və müddətli depozitləri daxildir. Xalis mənfəət dedikdə isə vergilər ödənilənədək xalis mənfəət nəzərdə tutulur.

AccessBank`ın faəliyyəti haqqında daha geniş məlumatı burdan əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et