“AccessBank kredit portfelinə görə 5-ci, depozit portfelinə görə 8-ci bankdır” | Banco.az

“AccessBank kredit portfelinə görə 5-ci, depozit portfelinə görə 8-ci bankdır”

“25%-dən artıq paya malik dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankını çıxmaqla Top 10-luğa daxil olan banklar ümumi bank sektorunun aktivlərinin 53%-nə sahibdir”.

Bunu AccessBank-ın təşkilatçılığı ilə keçirilən biznes forumda Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirb.

Onun sözlərinə görə, Beynəlxalq Bank daxil 11 bank sektoru aktivlərinin 80%-nə sahibdir. AccessBank isə bank sektoru aktivlərində payı 3%-dir.

Ən sərfəli kredit üçün müraciət et

“AccessBank kredit portfelinə görə 5-ci, depozit portfelinə görə 8-ci bankdır”,-  o deyib.

2018-ci ilin sonunda AccessBank 542 milyon manat kredit, 715 milyon manat depozit portfelinə malik olub. 2018-ci ildə Bankın depozit portfeli 243 milyon manat və ya 51,5% artıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et