AccessBank haqqında bilməli olduğunuz faktlar | Banco.az

AccessBank haqqında bilməli olduğunuz faktlar

Cari ildə, AccessBank özünün  15 yaşını qeyd edir, bununla əlaqədar olaraq, Banco.az komandası Bank haqqında bilməli olduğumuz maraqlı məlumatları - faktları bir yerə toplayıb.

  1. Bank, 2002-ci ildə oktyabrın 29-da Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW and LFS Financial Systems tərəfindən birgə təsis olunub və yaranarkən onun adı Azərbaycan Mikromaliyyələşdirmə Bankı olub.
  2. 2007-ci ildə AccessHolding yeni səhmdar qismində banka qoşulur və bunun ardınca 2008-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankının adı dəyişilərək AccessBank olur.
  3. Bu günə qədər AccessBankın 4 CEO-su olub ki, onların da hamısı xarici mənsubiyyətlidir: Rolf Reyxardt (2017-dən indiyə qədər), Michael Hoffmann (2012- 2017),  Andrev Pospielovsky  (2006-2012), Thomas Engelhardt (2002- 2006).
  4. Hal-hazırda  1 milyard manata (993 814 min) yaxın aktivlərə sahib AccessBank – aktivlərinin həcminə görə Azərbaycanın 4-cü ən böyük  kommersiya (qeyri dövlət) bankıdır.

Thomas Engelhardt (2002- 2006)

Andrev Pospielovsky  (2006-2012)

Michael Hoffmann  (2012- 2017)

Rolf Reyxardt (2017)

Ən sərfəli kredit üçün müraciət et

5. AccessBank-ın Nizamnamə kapitalı 119,85 milyon manat təşkil edir. Bu, 100% xarici kapitaldan ibarət olub, 6 beynəlxalq maliyyə institutuna məxsusdur.

6.  AccessBank ölkənin bank sektorunda ən yüksək kredit reytinqinə malik maliyyə qurumu olaraq qalır: Fitch reytinq agentliyi AccessBank-ın kredit reytinqini (IDR) BB+ səviyyəsində təsdiqləsə də, bankın dayanıqlıq reytinqini ilin əvvəlində endirib.

7.    AccessBank 4 dəfə The Banker tərəfindən “İlin ən Yaxşı Bankı” və  6 dəfə Euromoney  tərəfindən “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb.

8.   2014-cü ildə Avropa İnvestisiya Bankı Azərbaycanda ilk krediti AccessBank-a ayırıb.

9. 2013-cü ildə AYİB-in dəstəyi ilə AccessBank Azərbaycanda ilk enerji səmərəlilik layihəsini həyata keçirməyə başlayıb.

Könül Solanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et