"Abşeron" yatağında ilk hasilata 2021-ci ilin əvvəlində başlanılacaq | Banco.az

"Abşeron" yatağında ilk hasilata 2021-ci ilin əvvəlində başlanılacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında kommersiya qazının hasilatına 2021-ci ilin əvvəlində başlanılması planlaşdırılır.

Bunu "Total E&P Azerbaijan" şirkətinin icraçı direktoru Denis Lemarşal bildirib.

Onun sözlərinə görə, kəşfiyyat-hasilat quyusunda qazma işləri və təmizləmə yekunlaşıb, hazırda sınaq işləri aparılır. 

O, quyuda qazma işləri aparan "Heydər Əliyev" yarımdalma qazma qurğusunun yaxın həftələrdə təhvil veriləcəyini qeyd edib: "Birinci faza çərçivəsində hasil edilən qazın daxili bazara yönəldilməsi nəzərdə tutulur. Qazma işləri gözləntilərimizdən də yaxşı oldu. Yatağın növbəti işlənmə mərhələsi ilə bağlı tərəfdaşımız SOCAR-la danışıqlar aparırıq".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd kubmetr qaz və 45 mln ton kondensat təşkil edir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et