ABŞ və Türkiyədən 100 milyard dollarlıq hədəf | Banco.az

ABŞ və Türkiyədən 100 milyard dollarlıq hədəf

Müxtəlif görüşlər keçirmək üçün Türkiyəyə gələn ABŞ-ın Ticarət naziri Wilbur Ross  "Bloomberg HT"yə açıqlamalar verib.   

2 ölkənin 100 milyard dollarlıq ticarət hədəfində hər bir sektor üçün ətraflı yol xəritəsi olduğunu bildirən Ross, "Bu hədəf iki 50 milyard dollarlıq hissədən ibarətdir. Biri Türkiyə tərəfindən ixrac, bir digəri isə ABŞ tərəfindən ixrac. Bu mövcud ticarət həcmi ilə müqayisədə böyük görünə bilər; Ancaq bu hədəfi Amerika Birləşmiş Ştatlarının cəmi mallar və xidmətlər tərəfindəki ticarət həcmi ilə müqayisə etdikdə, biz bu nöqtədə 5 trilyon dolların üzərindəyik. Yəni, bu 50 milyard dollar, bizim ticarətimizin 1%-nə bərabərdir",- deyib. 

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et