ABŞ spam payına görə liderdir | Banco.az

ABŞ spam payına görə liderdir

14%-lik poçt spamı mənbəyinə malik ABŞ ölkələrin reytinqində birinci yerdə qərarlaşıb. 

 

6.1%-lik spam payına malik Rusiya ikinci, Vyetnam isə 6%-lik göstərici ilə üçüncüdür.

İlk onluqda, həmçinin Çin (5,1%), Argentina (4,1%), Almaniya (3,4%) və Braziliya (2,9%) yer alıb.

Ümumilikdə üçüncü rübdə poçt trafikində spamın payı 66,9% təşkil edib ki, bu da ötən rüblə müqayisədə 1,7% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Spamerlər cari ildə dünyada baş verən hadisələrdən istifadə ediblər. "Kasperski Laboratoriyası"nın hesabatına əsasən, məsələn, “iPhone 6” smartfonunun çıxarılması müxtəlif istiqamətli (həm fırıldaq, həm reklam) spamın həcminin artmasına səbəb olub. 

Ukraynadakı hadisələr və “Ebola” virusu "Nigeriya" məktublarının tərkibini təşkil edib .

Qafqazinfo

 

Ən sərfəli krediti almaq üçün müraciət et