ABŞ, neftin qiymətinə dair proqnozunu dəyişdi | Banco.az

ABŞ, neftin qiymətinə dair proqnozunu dəyişdi

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu illə dair neftin qiyməti proqnozunu dəyişib.

Bu il Brent tipli xam neftin orta hesabla barrel qiymətinin 63 dollar olacağı nəzərdə tutulur. EIA-nın fevral ayı hesabatında bu il Brent neftin barrel qiymətinin 61 dollar olacağı təxmin edilmişdi.

Beləliklə, dünya üzrə ən geniş istifadə edilən Brent tipli xam neftin cari ilə dair barrel qiyməti proqnozu 2 dollar artırılıb.

Digər tərəfdən, Brent tipli xam neftin gələn ilə dair barrel qiyməti proqnozu isə 62 dollarda saxlanılıb.

Hesabatda, qiymət proqnozunun dəyişdirilməsinin qlobal neft ehtiyatların fevral ayında gündəlik orta hesabla 1,4 milyon barrel azalması ilə bağlı olduğu qeyd edilib və bunun 2017-ci ilin İyun ayından bu yana ən böyük aylıq azalma olduğu vurğulanıb.

Həmçinin hesabatda, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan ölkələrin xam neft hasilatlarını bu ilin ilk 6 ayında gündəlik orta hesabla 1,2 milyon barel azaltmaq qərarının ilin ikinci yarısında da tətbiq olunmağa davam edilməsinin gözlədiyinə yer verilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda, ABŞ-ın 2019 və 2020-ci ilə dair xam neft istehsal proqnozları da aşağı salınıb.

Ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,3 milyon barrel, gələn il isə 13 milyon barel olacağının proqnozlaşdırıldığı bildirilib.

EIA-nın fevral ayı hesabatında ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2019-da 12,4 milyon barrel, 2020-də isə 13,2 milyon barel olacağının təxmin edildiyi qeyd edilmişdi.

ABŞ-ın xam neft hasilatı keçən ilin noyabrda gündəlik orta hesabla 11,7 milyon barrelə çataraq Rusiya və Səudiyyə Ərəbistanı geridə qoymuşdu.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et