ABŞ inşaatda işlədilən polad məhsullarına yenidən əlavə vergi qoyub | Banco.az

ABŞ inşaatda işlədilən polad məhsullarına yenidən əlavə vergi qoyub

Sazişini yenidən nəzərdən keçirdiyini səbəb göstərərək, bu ölkələrdən idxal edilən polad və alüminiuma tətbiq olunan gömrük vergisini ləğv etmişdi. ABŞ Ticarət Nazirliyi Çin, Meksika və Kanadanın inşaatda istifadə edilən idxal polad istehsalçılarına dəstək verdiklərini, Kanadanın polad istehsalına göstərdiyi dəstəyin önəmsiz həcmdə olduğunu və buna qarşılıq verilməyəcəyini, Çin və Meksikadan idxal edilən polada isə əlavə gömrük vergisi qoyulacağını bildirib. Nazirlik Çin və Meksikanın inşaatda işlədilən polad istehsalçılarına 30 faiz ilə 177 faiz arasında dəstək verildiyinin təsdiqləndiyini bildirib. ABŞ 2018-ci ildə Çin və Meksikadan ümumilikdə 1,5 milyard dollarlıq polad idxal etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Prezidenti Donald Tramp ölkənin milli təhlükəsizliyinə qorxu yaratdığı mülahizəsini irəli sürərək, keçən il polad idxalına 25 faiz, alüminium istehsalına isə 10 faiz əlavə vergi tətbiq etməyi qərara almış, may ayında isə Çin və Kanadaya tətbiq olunan vergini ləğv etmişdi.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et