ABŞ-ın xarici ticarət kəsiri artıb | Banco.az

ABŞ-ın xarici ticarət kəsiri artıb

ABŞ-da Ticarət Nazirliyi tərəfindən Cümə günü verilən məlumata görə, ölkənin xarici ticarət kəsiri Fevral ayındakı 49.3 milyard dollardan 1.5 faiz artımla Martda 50 milyard dollara yüksəlib.

İqtisadçıların proqnozu 48.5 milyard dollar ilə 55 milyard dollar arasında dəyişirdi.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın həmin ay neft xaric ticarət kəsiri 48.17 milyard dollar olub. İdxal 259.19 milyard dollardan 1.1 faiz artımla Martda 261.97 milyard dollara qalxıb. İxrac isə 209.91 milyard dollardan 1 faiz artaraq 211.97 milyard dollara yüksəlib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et